Ermənistanın keçmiş müdafiə naziri aprel döyüşlərindən danışdı

Hazırda oxunan: Ermənistanın keçmiş müdafiə naziri aprel döyüşlərindən danışdı

31167

“2016 -cı ilin aprel müharibəsi zamanı kəşfiyyatla bağlı heç bir problem olmayıb”. 

Bizim.Media “armeniasputnik.am”a istinadən xəbər verir ki, bunu jurnalistlərə keçmiş müdafiə naziri, "Hayastan" (Ermənistan) blokunun rəhbəri Seyran Ohanyan deyib. 

Qeyd edək ki, Ohanyanın bu açıqlaması Serj Sarkisyanın 2020-ci ilin 19 avqustunda kəşfiyyatın səhvlərə yol verdiyinə görə müharibənin Ermənistan tərəfi üçün sürpriz olduğunu bildirən açıqlamasına cavab mahiyyəti daşıyıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Seyran Ohanyan indidən qorxuya düşüb: “Sərhədlərin delimitasiyası Qarabağın itirilməsi deməkdir”


​​​​​​​Bundan əlavə Ohanyan açıqlamasında "Aprel döyüşləri zamanı strateji və əməliyyat-taktiki səviyyədə heç bir problem olmayıb",-deyə bəyan edib. 

Jurnalistlərin Sarkisyanın sözlərini necə şərh edə biləcəyi ilə bağlı sualına isə, Ohanyan “eks-prezidentin qeyd olunan açıqlamalarını eşitməyib” cavabını verib. 

Qeyd edək ki, Sarkisyan aprel döyüşlərindən öncə erməni tərəfinin yaxınlaşan irimiqyaslı əməliyyatlardan xəbəri olmadığını iddia edib. 

Onun sözlərinə görə, təxribat hərəkətləri ilə bağlı ilkin məlumatlar yalnız döyüşlər başladıqdan sonra - 1 apreldə ortaya çıxıb. 

Xatırladaq ki, Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin