"Türkiyə bizə qardaş ölkədir".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Dənizli bölgəsindəki yanğın söndürüldü - General-leytenantdan AÇIQLAMA
O bildirib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğınların söndürülməsi üçün əlindən gələni edəcək:
"Ümid edirəm ki, qısa müddət ərzində Türkiyədəki yanğınları söndürəcəyik. Bundan başqa, qeyd etmək istəyirəm ki, artıq dörd gündür əməkdaşlar və texnikalar yol gəlib. Hər bir bölgədə və hər bir rayonda qardaş kimi, isti münasibətlə qarşılanırlar. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu!".
Bizim.Media