İranın Ali Rəhbəri Rəisinin prezidentlik mandatını təsdiqlədi

Hazırda oxunan: İranın Ali Rəhbəri Rəisinin prezidentlik mandatını təsdiqlədi

31092

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyi yeni seçilən prezident Seyid İbrahim Rəisinin prezidentlik mandatını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Ali Rəhbər yeni hökumət tez bir zamanda formalaşmasını və ölkədəki problemlərin həllini tezləşdirməsini bildirib.

Nəzərə çatdırılıb ki, yeni hökumət istehsalı artırmalı, xarici təsirləri azaltmalı və xalqın firavan yaşayışını təmin etməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

İranın yeni prezidentindən ABŞ və Qərbə VACİB MESAJLAR 


Mərasimdə iyunun 18-də seçilən prezident İ. Rəisi də çıxış edib. O bildirib ki, yeni hökumətin prioritet vəzifəsi korrupsiyaya qarşı mübarizə olacaq. Xalq bu seçkilərdə iştirak etməklə ölkədəki problemlərin həllini tələb edir və biz bu problemləri həll etməliyik.

Bildirilib ki, İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların aradan qaldırılması istiqamətində daha səmərəli iş aparılacaq.

Sonra Ali Rəhbər prezidentlik mandatını İ. Rəisiyə təqdim edib.

Tədbirdə İran ictimaiyyətinin nümayəndələri və hökumət üzvləri iştirak ediblər.

Qeyd edək ki, avqustun 5-də yeni prezident İbrahim Rəisinin andiçmə mərasimi keçiriləcək. Mərasimdə 73 ölkədən 115 nümayəndənin iştirak edəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin