“Bu gün bir çox vətəndaşlarımız gürcücə nə danışa, nə də yaza bilir. Bu, çox ağrılıdır və əlbəttə ki, problemdir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri Aparatının 10 illik failiyyət planının təqdimat mərasimində çıxışında deyib.
Onun sözlərinə görə, konkret vəzifələrdən biri 2030-cu ilə qədər Gürcüstanın bütün vətəndaşlarının gürcücə sərbəst danışmasına nail olmaqdan ibarətdir:
“Mən burada etnik azərbaycanlılar olan uğurlu parlament üzvlərini görürəm. Onlar gürcü dilində səlis danışırlar. Belə uğurlu gəncləri parlamentdə və nazirliklərdə nazirlər, nazir müavinləri və digər yüksək vəzifələrdə daha çox görmək istəyirəm. Bunun üçün ilkin şərtlərdən biri bütün vətəndaşlarımızın gürcü dilini öyrənməsidir”.
İ.Qaribaşvili qeyd edib ki, gürcü dilinin öyrənilməsi ilə bağlı azərbaycanlı və erməni həmvətənlərimizlə dəfələrlə danışmışıq:
“Onlardan hər biri dövlətin bu istiqamətdə atacağı konkret addımlara hazırdır. Biz bu məqsədə çatmaq üçün lazım olan bütün alətləri yaratmalıyıq. Etnik azlıqların təhsilə və keyfiyyətli tibbi xidmətə əlçatanlığı, onların sosial-iqtisadi layihələr və ölkənin siyasi həyatında daha fəal iştirakı güclü gələcəyimiz üçün möhkəm təminat olacaq”.
Bizim.Media
- A-
- A
- A+
Region
16:00 / 03.08.2021
Baş nazir Qaribaşvili azərbaycanlılar haqda: “Gürcüstanda onları...”
Hazırda oxunan: Baş nazir Qaribaşvili azərbaycanlılar haqda: “Gürcüstanda onları...”
Hazırda oxunan: Baş nazir Qaribaşvili azərbaycanlılar haqda: “Gürcüstanda onları...”
31028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.