Bərdədə zorlanan qızın atası təcavüzkarın cəzalandırılmasını TƏLƏB EDİR - RƏSMİ 

Hazırda oxunan: Bərdədə zorlanan qızın atası təcavüzkarın cəzalandırılmasını TƏLƏB EDİR - RƏSMİ 

30982

Bərdədə baş verən zorakılıq faktı Komitə tərəfindən araşdırıldı.

Bərdə rayonunda 16 yaşlı qızın təcavüzə məruz qalması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb.

Bu barədə Bizim.Media-ya Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Onun sözlərinə görə ötən gün Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu, rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının əməkdaşları ailəyə baş çəkib. Əvvəlcə ata və qızı ilə birgə hadisənin təfərrüatı haqqında danışılıb, daha sonra isə fərdi qaydada söhbətlər aparılıb. 

Söhbət zamanı azyaşlının psixoloji vəziyyətinin yerində olduğu və ətrafında olan insanlar tərəfindən hər hansı kobud rəftar görmədiyi, eləcə də psixososial dəstəyə ehtiyacı olmadığı bildirilib. 

Yeniyetmənin atası ilə ayrılıqda aparılan söhbət zamanı məlum olub ki, onun əsas istəyi təcavüzkarın qanun qarşısında cəzalandırılmasıdır. 

Aidiyyəti qurumlar tərəfindən əlaqələndirilmiş fəaliyyət davam etdirilir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin