Pasiyentlərin 70 faizi sağalandan sonra simtomların uzun müddət qaldığından gileylənirlər. Həyacan siqnalları yarım il ərzində davam edir.
Bizim.Media “İzvestiya”ya istinadən xəbər verir ki, Stenford universitetinin alimləri 45 tədqiqatın nəticələrini bölüşüblər.
Onların fikrincə, koronavirus keçirtmiş insanlar sağalandan sonrakı 6 ay ərzində nəfəs darlığı, yorğunluq və yatmaq, yuxu problemləri yaşayırlar.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusun “Super” ŞTAMMI: 3 nəfərdən biri öləcək!
COVİD-dən sağaldıqdan sonrakı problemlərə 84 simptom daxil edilib. Onların arasında depressiya, dadbilmənin itirilməsi, sinədə ağrı, yaddaşın pozulması və diqqət cəmləməkdəki çətinliklər var. Kişilər əsasən nəfəs darlığı, qadınlar isə sinədəki ağrıdan gileylənirlər. Bütün bunlar isə təkcə infeksiya yox, həm də stasionarda qalmaqla əlaqələndirilir.
Bizim.Media