Ölkə başçısının Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün imzaladığı sərəncama əsasən agentliyin sifarişi əsasında işlər icra olunur.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.
Mənbə bildirir ki, ətrafda yaşayan, o cümlədən sözügedən kəsişmədən istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün dəmiryolu xəttinin altından yeni avtomobil tunelinin inşası davam etdirilir. Yeni tunelin qapalı hissəsinin uzunluğu isə 30 metr olmaqla açıq hissəsi (yanaşma yollar) ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr olacaq.
Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da layihə üzrə görüləcək işlərdəndir.
Hazırda tikinti ərazisində torpaq işləri davam etdirilir, yolun genişləndirilməsi üçün söküntü və tikinti ərazisinə düşən maneələrin və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin svayların vurulması üzrə işlər icra olunur. Ərazidə artıq 154 svay vurulub və yeni inşa edilən tunelin qapalı hissəsinin yarısı hazırdır, digər yarıısnda isə müvafiq olaraq işlər davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:31 / 03.08.2021
Bu rayonda yeni avtomobil tuneli inşa olunur - FOTO
Hazırda oxunan: Bu rayonda yeni avtomobil tuneli inşa olunur - FOTO
Hazırda oxunan: Bu rayonda yeni avtomobil tuneli inşa olunur - FOTO
30957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.