28 iyul -1 avqust tarixlərində Türkiyədə baş verən 112 yanğının 107-si nəzarət altına alınıb.
Bizim.Media xəbər verir ki, Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün twitter səhifəsində bu barədə yazıb.
MÖVZU İLƏ BAĞLI:
Yardıma gedən soydaşlarımız Türkiyə mediasında - VİDEO
Nazir Antalyanın Manavqat rayonu və Gündoğmuş qəsəbəsində 2, Muğlanın Marmaris, Milas rayonlarında və Göyçeğiz qəsəbəsində 3, ümumilikdə 5 yanğının nəzarətə alınması üçün fasiləsiz fəaliyyətlərin davam etdiyini qeyd edib.
Bizim.Media
28 Temmuz-1 Ağustos 2021 tarihleri arasında çıkan 112 orman yangınının 107’sini kontrol altına aldık.
— Dr. Bekir Pakdemirli (@bekirpakdemirli) August 1, 2021
Devam eden 5 yangını kontrol altına alma çalışmalarımız aralıksız devam ediyor. pic.twitter.com/BSMgzXL48K