Avqustun 2-də Ermənistanda nə baş verəcək? – Analitiklər ŞOKDADIR

Hazırda oxunan: Avqustun 2-də Ermənistanda nə baş verəcək? – Analitiklər ŞOKDADIR

30666

Avqustun 2-də Ermənistanda yeni parlamentin ilk iclasın keçiriləcək. 20 iyun seçkilərindən ay yarım sonra toplaşmağı bacaran yeni məclisin tərkibi isə o qədər də rəngarəng deyil.

Belə ki, ölkə parlamentində ümumilikdə 3 blokdan olan deputatlar iştirak edəcək: 

1. Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” fraksiyası

2. Robert Köçəryanın “Hayastan” bloku

3. Serj Sarkisyanın “Mənim şərəfim var” bloku

Seçkilərdə iştirak edən digər partiyalardan isə heç biri, parlamentdə iştirak hüququ verən seçici sayına yetişə bilməyib. 

Seçki məğlublarından biri olan Levon Ter-Petrosyanın təbirincə desək, tarixinin ən ağır günlərini yaşayan Ermənistanda yeni parlamentin üzərinə qoyulmuş vəzifəni necə yerinə yetirəcəyi isə böyük maraq doğurur. Lakin əksər ekspertlərin fikrincə, təzə “bəylər”in Ermənistanı düşdüyü çuxurdan qurtara bilmək ehtimalı o qədər də yüksək deyil. 

Səbəb kimi isə bir sıra faktorlar irəli sürülür:

Birincisi, nüfuzlu şəxslərin parlamentdə olmaması. 

Belə ki, Nikol Paşinyan öz partiyasından olan 15 namizədin parlamentdə oturmasına heç cür razılıq verməyib. “Vətəndaş müqaviləsi”nin “qaymaq”larından ibarət qrupun isə icraedici hakimiyyətdə mühüm vəzifələrə gətiriləcəyi gözlənilir. Parlamentdə əsas söz sahiblərini itirən iqtidar partiyasının isə, köhnə terrorçuların qabağında öz ideyalarını nə qədər qoruyacaqları isə, hələlik bəlli deyil.

Eyni zamanda müxalifətin ağası olan Robert Köçəryan da adi deputatlığı prezidentlik qüruruna sığışdırmayaraq, öz əvəzinə köhnə silah yoldaşı Seyran Ohanyanı irəli verib.

İkincisi, “Qarabağ klanı”nın birləşməyə başlaması. 

Seçkilərdən öncə bir-birindən uzaq qaçan Robert və Serjin çıxartdığı oyunlar sonda Paşinyanın müqavimətsiz qələbəsi ilə nəticələndi. Lakin görünür, köhnə prezidentlərin ağılları gec də olsa, başlarına gəlib. Belə ki, erməni mətbuatında yayılan son xəbərlərdə “Hayastan” və “Mənim şərəfim var”ın ortaq vitse-spiker namizədi irəli sürəcəyi qeyd olunur. Bu isə, müxalif partiyaların iqtidara qarşı birlikdə mübarizə aparmaq ehtimallarını artırır. Revanşist müxalifət sayca “Vətəndaş müqaviləsi”ndən yenə də geri qalsalar da, indiki vəziyyətdə belə klanın parlamentdəki tərkibi pozuculuq fəaliyyəti aparmaq üçün yetərlidir. 

Üçüncüsü, Ermənistanın kimin ətəyindən yapışacağına qərar verə bilməməsi. 

Özünə vahid sahib tapa bilmiyən ölkənin isə parlamentində sözü bir araya qoya bilməsinə inanmaq əbəs yerədir. Xüsusilə də indiki ağır durumda, yəni Ermənistanı öz təsiri altına almağa çalışan xarici qüvvələrin mübarizəsi şəraitində. Belə ki, hökumətə təsir “rıçak”larını artırmaq üçün Soros və Moskva arasında gərgin rəqabətin növbəti meydanı məhz Ermənistan parlamenti ola bilər. 

Başsız atlı atdan yıxılacaq...

Öz aralarındakı nifaq toxumları və “Qarabağ klanı”nın qanlı əlləri isə parlament divarlarının istənilən fikir ayrılığında yumruq davalarına şahidlik edəcəyinin ilkin siqnallarını indidən verir.

Vəziyyətin bu cür davam etməsi isə Ermənistan parlamentini hər çalınan havaya oynayacaq oyuncaq quruma çevirəcək. Lakin bir məclisdə oynanan iki hava, sonda “zakaz” üstündə dava ilə nəticələnənək ki, bu da onsuzda uzun illərdir icraedici hakimiyyətin əlində oyuncağa çevrilmiş Ermənistan parlementinin erməni xalqının dərdinə dərman olmayacağına zəmanət verir.

Başı öz diktaturasını yaratmaq üçün yeni referendumun planlarını cızmağa qarışan Nikolun isə, bu ağılla parlamentdəki dəlilərin quyuya tökəcəyi daşların çarəsinə baxa biləcəyi heç də inandırıcı deyil. Sözügedən “Dəli yığıncağı”nın Ermənistanı dosta-düşmənə rəzil edəcəyi isə elə indidən aydın görünür. 

Bu cür situasiya isə bir müddətdən sonra Ermənistanda yenidən parlament seçkilərinin keçirilməsi ilə nəticələnə bilər. Yəni yeni parlamentin köhnəyə çevrilməsi üçün bir neçə il gözləməyə ehtiyac qalmayacaq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin