“Şuşa Azərbaycanın rəmzidir. Bəzən şəkillərdə şəhərlər daha gözəl görünür. Amma Şuşanı canlı görmək şəkillərdən daha maraqlıdır. Şuşanın gözəlliyi məni valeh etdi”.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında İtaliyanın “II Giornale” qəzetinin jurnalisti Emmanuel Pietrobon deyib.
İtaliyan jurnalist qeyd edib ki, bu yerlərə baxdıqda şəhərin necə viran qoyulduğunu aydın görmək olur.
“Şuşada bir çox tarixi məkanlarda olduq. Əksər yerlərin, o cümlədən Xan sarayının dağıdılması məni məyus etdi”.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olduğu kimi, Şuşada da bərpa və yenidənqurma işlərinin sürətlə getdiyini bildirən jurnalist bu torpaqların gələcəyi ilə bağlı fikirlərinin müsbət olduğunu bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:32 / 31.07.2021
“Şuşanın gözəlliyi məni valeh etdi” - İtaliyalı jurnalist
Hazırda oxunan: “Şuşanın gözəlliyi məni valeh etdi” - İtaliyalı jurnalist
Hazırda oxunan: “Şuşanın gözəlliyi məni valeh etdi” - İtaliyalı jurnalist
30640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.