Əfqanıstanda son 24 saatda 131 “Taliban” döyüşçüsü öldürüldü

Hazırda oxunan: Əfqanıstanda son 24 saatda 131 “Taliban” döyüşçüsü öldürüldü

30629

Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat mərkəzi son sutka ərzində hökumət qüvvələri ilə toqquşmalar zamanı “Taliban” hərəkatının 131 döyüşçüsünün öldürüldüyü, 62-nin yaralandığı, 5-nin isə həbs olunduğu barədə məlumat yayıb.

Bizim.Media Əfqanıstan KİV-lərinə istinadla xəbər verir ki, döyüşlər zamanı, həmçinin çoxlu sayda silah və sursat məhv edilib.

Sılahlı qüvvələrin xüsusi dəstələri ölkənin ayrı-ayrı yerlərində quraşdırılmiş müxtəlif növ minaları zərərsizləşdiriblər. Son günlər taliblər ən çox cənubda - Qəndəhar və Hilmənd əyalətlərində itki veriblər.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma davam edir.

2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” hərəkatı arasında başlayan sülh danışıqları hələlik heç bir irəliləyiş əldə olunmayıb.

Bu il aprelin 14-də ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatlar tarixində ən uzun xarici hərbi kampaniyaya çevrilən Əfqanıstandakı əməliyyatı başa çatdırmaq barədə qərar qəbul edib. “Taliban” hərəkatı isə xarici ölkə qoşunlarının Əfqanıstan çıxarılması fonunda bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin