Tokio-2020: Türkiyə ilk qızıl medalını qazandı

Hazırda oxunan: Tokio-2020: Türkiyə ilk qızıl medalını qazandı

30623

Türkiyə Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

Bizim.Media xəbər verir ki, Mete Qazoz kamandan oxatma üzrə kişilərin fərdi yarışında bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançı finalda İtaliya təmsilçisi Mauro Nespolini məğlub edib.

O, bu idman növündə ölkəsinə ilk olimpiya qızılını qazandıran idmançı kimi tarixə düşüb.

Qeyd edək ki, Türkiyə olimpiadada 3 medalla (1 qızıl, 2 bürünc) hələlik 32-ci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin