Bakıda Özbəkistan vətəndaşı qətlə yetirildi

Hazırda oxunan: Bakıda Özbəkistan vətəndaşı qətlə yetirildi

30607

İyulun 30-u saat 19 radələrində Binəqədi rayon sakini, 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan ilkin araşdırmalarla Özbəkistan Respublikasının vətəndaşı olan zərərçəkmişə əri, 1980-ci il təvəllüdlü Elçin Ələkbərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elçin Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin