“Aİ-95” markalı benzinin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Aİ-95” markalı benzinin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA

30599

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında yanacaqdoldurma məntəqələrində "Aİ-95" markalı yanacağın satış qyiməti 1.45 AZN olub. Bu isə 5 qəpiklik bahalaşma deməkdir. 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli yerli mətbuata açıqlamasında faktı təsdiq edib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda benzin bahalaşdı


“Səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb”.

Onun sözlərinə görə, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır.

Qeyd edək ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1 manat 40 qəpik olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin