"Azad edilmiş ərazilərdə ümumilikdə tikintisinə qərar verilmiş 10-dan çox avtomobil yolunda işlər başlayıb".
Bizim.Media xəbər verir ki, bunun Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun rəhbəri Rəhman Hümmətov deyib.
MÖVZU İLƏ BAĞLI:
Zəfər yolu bu tarixdə tam istifadəyə veriləcək - RƏSMİ
Onun sözlərinə görə, Zəfər yolunda işlər başa çatır.
R.Hümmətov bildirib ki, azad edilmiş ərazilərdə 68 mobil rabitə baza stansiyası qurulub:
"Şuşa Radio və Televiziya Yayımı Stansiyası vasitəsilə artıq 10-dan çox televiziya kanalının yayımı baş tutur. Ümumilikdə 1400 km-dan artıq optik xətt çəkilib. Şuşa Radio Qovşağının yeni layihəsi hazırlanır. Layihə müvafiq qaydada razılaşdırmadan keçdikdən sonra onun da yenilənməsinə başlanılacaq".
Bizim.Media