Azərbaycanın İstanbuldakı Baş konsulluğunda “qaynar xətt” yaradıldı

Hazırda oxunan: Azərbaycanın İstanbuldakı Baş konsulluğunda “qaynar xətt” yaradıldı

30493

Türkiyədə baş verən çoxsaylı meşə yanğınları ilə əlaqədar Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunda “qaynar xətt” yaradılıb.

Baş konsulluqdan Bizim.Media-ya verilən məlumata görə, hazırda böhran bölgələrində baş verən hadisələrin soydaşlarımıza təsiri araşdırılır.

İyulun 30-da günorta saatlarınadək yanğının vətəndaşlarımıza təsiri barədə heç bir məlumat daxil olmayıb. “Qaynar xətt” fasiləsiz olaraq fəaliyyət göstərir.

"Vətəndaşlarımızdan xahiş edilir ki, yanğın böhranı ilə bağlı zərurət olduqda 00 90 536 613 86 48 nömrəli telefonla baş konsulluqla əlaqə saxlasınlar" - deyə konsulluqdan bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin