“Ali və Nino” NƏYİ və NİYƏ TƏBLİĞ EDİR? – REDAKSİYADAN SUAL 

Hazırda oxunan: “Ali və Nino” NƏYİ və NİYƏ TƏBLİĞ EDİR? – REDAKSİYADAN SUAL 

30492

“Ali və Nino” kitab mağazası haqqında daha bir iddia ortaya atılıb.

Bizim.Media xəbər verir ki, ətrafında qalmaqallar bitməyən mağaza şəbəkəsinə qarşı sosial şəbəkələrdə boykot kampaniyası başladılıb. 



Kampaniya #boykotaliandnino həştəqi ilə sosial şəbəkələrdə paylaşılıb. Mağaza şəbəkəsi reklamlarında əxlaqsızlığı təmsil etməkdə günahlandırılır.

Belə ki, istifadəçilər boykot kampaniyasının səbəbi haqqında sosial şəbəkələrdə yazırlar:

“Cəmiyyətin əxlaqi dəyərlərini alçaldıb, hətta diqqətə almadığı üçün, reklamlarında piar naminə gah müəllimləri seksual predmet kimi təqdim edib, gah da cinsi azlıqlara dair postlarla gündəmə gəldiyi üçün

Bir vətəndaş olaraq 

"Ali & Nino" kitab mağazalar şəbəkəsini boykot edirəm!”.

Bizim.Media olaraq, istifadəçilərin qeyd etdikləri faktların doğruluğunu dəqiqləşdirmək üçün internet üzərindən kiçik bir araşdırma apardıq. İlk olaraq, mağaza şəbəkəsinin İnstagram səhifəsinə nəzər saldıq. 

“Ali_and_nino” İnstagram səhifəsində yayımlanan reklam xarakterli postda Rusiyadan evli sevgilisinə kitab hədiyyə edən qız barədə post yerləşdirilib. Məzmun isə belə idi:



“Sevgi əngəl tanımır. Bu gün Rusiyada yaşayan Olqa adlı xanım özünün Azərbaycanda evli olan Orxan adlı sevgilisinə bizim vasitəmizlə öz hisslərini çatdırıb. Pandemiya səbəbilə bir-birlərindən uzun müddət ayrı düşən iki sevgili görüşmək üçün maraqlı üsül seçib. Kitablarda görüşmək”.



Digər posta göz gəzdiririk. Burada da  post reklam xarakterlidir. Fotoda iki xanımın seksual xarakterli hərəkətləri əks olunub. Yaxın təmasda olan fotodakı qızlar əllərində “Biz yaxşıyıq” adlı kitabı tutaraq, onu reklam edirlər.

Xatırladaq ki, “Ali və Nino” mağaza şəbəkəsinin bu cür reklam kampaniyası keçirməsi ilk dəfə deyil.

Bir müddət əvvəl də müəllimlər günü münasibətilə elan olunan endirim kampaniyasında müəllimlər seksual xarakterdə təsvir edilib.

Məsələyə aydınlıq gətirmək üçün mağaza şəbəkəsinin sahibəsi Nigar Köçərli ilə əlaqə yaratmağa çalışdıq. Köçərli bizim suallarımızı alsa da iki gün keçməsinə baxmayaraq, cavablamağa lüzum görəməyib.

Qeyd edək ki, Nigar bir müddət əvvəl mağazadan kitab oğurlayanları polisə şikayət edərək onların həbsini istəmişdi. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin