“Biz Vətən Müharibəsi dövründə iki cəbhədə vuruşmuşuq”.
Bizim.Media xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, Azərbaycanda yoluxmanın gündəlik səviyyəsi 2 mini ötüb:
“Səhiyyə sistemi yüklənir. Ötən dövrdə 10-dan çox modul tipli xəstəxana açılıb, həkimlərimizin ixtisası artırılıb, xaricdən həkim briqadaları gəlib''.
''Ancaq bu tendensiyanın davam etməməsi lazımdır. Hər bir ölkə kimi bizim ölkəmiz bu yükün altında əziyyətə düşür''.
''Biz hələ də müharibədə döyüşmüş əsgərlərimizə qulluq edir, iki cəbhədə mübarizə aparırıq''.
''Ona görə də bizə cəmiyyətin dəstəyi lazımdır''.
''Müharibədə gördük ki, xalqımız bir ola, bir yerə yumruq vura bilir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:38 / 19.11.2020
TƏBİB: “Bizə cəmiyyətin dəstəyi lazımdır”
Hazırda oxunan: TƏBİB: “Bizə cəmiyyətin dəstəyi lazımdır”
Hazırda oxunan: TƏBİB: “Bizə cəmiyyətin dəstəyi lazımdır”
3048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.