Polisi döyən deputat kimdir? – Eldəniz Səlimov haqqında bəzi FAKTLAR

Hazırda oxunan: Polisi döyən deputat kimdir? – Eldəniz Səlimov haqqında bəzi FAKTLAR

30474

Milli Məclisin deputatı Eldəniz Səlimov İyulun 29-da gecə Xaçmaz rayonunda Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib. Yayılan iddialara görə hadisə zamanı millət vəkili sərxoş olub.

Bizim.Media deputatla bağlı mətbuatda araşdırma aparıb. Maraqlısı isə onun haqqında bir çox təzadlı fikirlərin dolaşmasıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Deputat Eldəniz Səlimov polisi döydü - RƏSMİ


2010-cı ildən Milli Məclisdə deputatlıq kürsüsündə oturan Səlimov passiv millət vəkillərindən sayılır. Hətta o zamanlar xaçmazlılar belə onun seçkidən sonra yoxa çıxmasından narahat oduqlarını belə dilə gətiriblər.

Bəs, Milli məclisdə xaçmazlıların mənafeyini qoruyan Eldəniz Səlimov kimdir?

Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Atası – Adil Səlimov dəmiryolçu olub. 1983-1993 cü illrdə Xaçmaz şəhəri 45 №-li tam orta məкtəbini bitirib. 1993–1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alıb.

Eldəniz Səlimov əmək fəaliyyətinə 2000–2002-ci illərdə Vergi Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində başlayıb.

Daha sonra o, 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002–2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifələrində çalışıb. O, 2011–2012-ci illərdə “TexnikaBank” ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində, 2013–2014-cü illərdə Müdafiə Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı olub.  2014–2015-ci illərdə Xaçmaz rayon icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. 

Eldəniz Səlimov 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatılıb. 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Eldəniz Səlimov, səsvermədə qalib gələrək, Milli Məclisə üzv seçilib. Hazırda o, deputatlıq fəaliyyətini davam etdirir.

Meşə genosidi

Bir müddət əvvəl deputat haqqında bəzi qalmaqallı məlumatlar yayılıb. Belə ki, oun Xaçmaz rayonunun Fərzəlioba kəndi ərərazisində icarəyə götürdüyü meşə massivində atası Adil Səlimov tərəfindən kütləvi şəkildə ağacları məhv etmə faktı ortaya çıxıb. Məsələ ilə bağlı araşdırma apardıqdan sonra təsdiqlənən fakt üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti meşələri qıran deputatın atasını 65 min manat cərimələyib.

Milli Məclis deputat  haqda hansı ölçünü götürə bilər?

Qeyd edək ki, Milli Məclisin İntizam komissiyası sədrinin müavini, deputat Fəzail Ağamalı isə açıqlamasında bildirib ki, döyülmə faktı üzrə deputat Eldəniz Səlimov tərəfindən qanun pozuntusuna yol verildiyinə görə ,məsələ İntizam komissiyasının gündəliyinə salınacaq və müzakirə olunacaq.

Daha sonra o əlavə edib ki, çox güman ki, deputata töhmət veriləcək. Onun sözlərinə görə, digər cəzalar haqqında isə İntizam komissiyasının müzakirələrindən sonra qərar veriləcək.

Məsələ ilə bağlı dəfələrlə Eldəniz Səlimovla əlaqə yaratmağa çalışsaqda cəhdlərimiz boşa çıxdı. Əvvəl zənglərə cavab verməyən millət vəkili daha sonra ümumiyyətlə, telefonunu söndürüb.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin