Türkiyə Silahlı Qüvvələrininin rəsmisi çıxış edərək işğaldan azad edilən torpaqlarda erməni faşistləri tərəfindən basdırılan minaların təmizlənməsində Azərbaycana kömək edildiyini deyib.
Bizim.Media xəbər verir ki, türk hərbçi 14-23 iyul tarixlərində Azərbaycan-Ermənistan sərhədində ermənilərin təxribatlarını xatırladıb və bildirib ki, nəticədə 1 Azərbaycan hərbçisi şəhid olub, 2 hərbçi yaralanıb:
“Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə layiqli cavabını verib. Şəhidlərimizə Tanrıdan rəhmət, yaralılara şəfa diləyirik.
2-ci Qarabağ Müharibəsində zəfər qazanan Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəsmi İrəvana sülh danışıqlarına başlanılması ilə bağlı təklifi hələ də cavabsız qalıb.
Ermənistanın bölgədə vəziyyəti yenidən gərginləşdirməsi fonunda Azərbaycanda olan türk qardaşlarımızın haqlı davalarında yanlarında olduğumuzu bir daha vurğulayır, “2 dövlət tək millət” anlayışı ilə çalışdığımızı bildiririk”.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
11:51 / 30.07.2021
Türkiyə Silahlı Qüvvələrindən erməni təxribatlarına cavab: "Azərbaycanın yanındayıq!" - VİDEO
Hazırda oxunan: Türkiyə Silahlı Qüvvələrindən erməni təxribatlarına cavab: "Azərbaycanın yanındayıq!" - VİDEO
Hazırda oxunan: Türkiyə Silahlı Qüvvələrindən erməni təxribatlarına cavab: "Azərbaycanın yanındayıq!" - VİDEO
30458
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.