Türkiyənin daha iki turizm bölgəsində - Muğlanın Milas rayonunda və Aydın vilayətinin mərkəzi qəsəbəsi Didimdə yanğın başlayıb.
Bizim.Media xəbər verir ki, Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrədiin Altun ölkənin bir çox yerində baş verən yanğınla əlaqədar böyük miqyaslı araşdırma başlandığını bildirib.
MÖVZU İLƏ BAĞLI:
Marmarisdəki otellərdən qonaqlar təxliyə edilir – SƏBƏB
Qeyd edək ki, Muğlanın 13 rayonundan biri olan Milas Bodrum yaxınlığında yerləşir və bölgənin ən çox otellər olan rayonudur.
Muğlanın Marmaris rayonunda baş verən yanğın qısa müddətdə yayılaraq bəzi yaşayış yerləri və otelləri təhlükədə qoyduğu üçün əhalinin və turistlərin köçürülməsi başlanıb.
Bizim.Media