Elektron siqaretlər tütün asılılığını 3 dəfə ARTIRIR – ÜST-dən SOS

Hazırda oxunan: Elektron siqaretlər tütün asılılığını 3 dəfə ARTIRIR – ÜST-dən SOS

30338

Elektron siqaretlər siqaret asılılığını azaltmır, əksinə 3 dəfə artırır. 

Bu bəyanatla Ümümdünya Səhiyyə Təşkilatı çıxış edib və hökumətləri bu cür məhsulların istifadəsinin məhdudlaşdırılması istiqamətində qəti qərarlar verməyə çağırıb.

Elektron siqaretlərin təhlükəli olması ilə bağlı dünya mətbuatında dəfələrlə məlumatlar dərc olunsa da, Bizim.Media-nın bir qədər əvvəl apardığı araşdırma zamanı məlum olub ki, Azərbaycanda bu barədə informasiyalar azdır.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncləri “tora salan” müasir TƏHLÜKƏ - Elektron siqaretlərin tərkibində NƏLƏR VAR?


Nəinki elektron siqaretlərin əsas istehlakçıları olan gənclər, hətta tibb işçiləri arasında da elektron siqaretlərin siqaret asılılığını azaltdığını düşünənlər var. 

Təəssüf ki, Azərbacan nə elektron nikotin sistemlərinin satışını qadağan edən 32 ölkənin, nə də qismən tədbirlər görülən 79 ölkənin deyil, bu sistemləri heç bir şəkildə tənzimləməyən 84 ölkənin siyahısındadır. Odur ki, bu sahədə ölkəmizdə maarifləndirmə işlərinin aparılması zəruridir. 

Qeyd edək ki, ÜST-nin bəyanatında daha əvvəllər mütəxəssislərin açıqladığı bir sıra məqamlar yer alır.

Bildirilr ki, elektron siqaretlərin nikotinsiz olması sadəcə reklam məqsədi daşıyır. Onların əksəriyyətinin tərkibində digər asılılıq yaradan maddələrlə yanaşı nikotin də var.  

ÜST-nin hesablamalarına görə, hazırda dünyada siqaret çəkənlərin sayı nisbətən azalsa da, göstərici kifayyət qədər yüksəkdir – təxminən 1 milyard nəfər. Onun 80 faizi isə aşağı və orta gəlirli ölkələrdə yaşayır. Tütün istifadəsi hər il səkkiz milyon nəfərin ölümünə səbəb olur ki, onlardan 1 milyonu sadəcə kənardan tüstünü udan qurbanlardır.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin