Azərbaycanda nə qədər məhbus koronavirusa YOLUXUB? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda nə qədər məhbus koronavirusa YOLUXUB? – Rəsmi AÇIQLAMA

30334

Azərbaycanda pandemiya dövründə məhbuslar arasında koronavirusa 561 yoluxma halı qeydə alınıb. 

Bizim.Media Penitensiar xidmətin Baş idarəsində təşkil olunan əməliyyat müşavirəsinə istinadən bu barədə məlumat verib.

Bildirilib ki, yoluxma sayı ilə bağlı rəqəm pandemiya dövründə müəssisələrdə saxlanılan şəxslərin sayına nisbətdə 1,4% təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

Vaksin vurulan məhkumlarla bağlı nə baş verib? – RƏSMİ - ÖZƏL


Qeyd olunub ki, koronavirus infeksiyasının pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminin tələbləri rəhbər tutulmaqla penitensiar müəssisələr gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bütün qurumlarda davamlı profilaktik tədbirlər həyata keçirilib. Həmçinin bu sahədə Penitensiar xidmətin təcrübəsi ölkəmizdə səfərdə olmuş İşgəncələrə qarşı Avropa Komitəsinin nümayəndələri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin əməkdaşları, habelə digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. 

Məlumat üçün bildirək ki, Azərbaycanda toplam 21 min 12 məhbus cəzasını çəkir. Ölkədə əhalinin hər 100 min nəfərinə 208.7 məhbus düşür.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin