Paşinyan sükutu pozdu: “Sülhlə bağlı lazımi işləri görməliyik”

Hazırda oxunan: Paşinyan sükutu pozdu: “Sülhlə bağlı lazımi işləri görməliyik”

30331

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan cümə axşamı hökumətin iclasında Rusiya sərhədçilərinin dayaq nöqtələrinin Azərbaycanla sərhəd boyunca yerləşməsini təklif edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “armeniasputnik.am” saytında yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hamının gözlədiyi XƏBƏR: Paşinyan sülh sazişinə imza atacaq – Erməni mətbuatı yazır


"İndiki vəziyyətdə Rusiya sərhədçilərinin dayaq nöqtələrinin Azərbaycanla bütün sərhəd boyunca yerləşdirilməsi məsələsinə baxmağın məqsədəuyğun olduğunu düşünürəm. Bu, hərbi toqquşma riski olmadan delimitasiya və demarkasiya işləri aparmağa imkan verəcək" deyə o, qeyd edib.

Onun sözlərinə görə, İrəvan bu mövzunu rusiyalı həmkarları ilə müzakirə etməyi planlaşdırır.

Paşinyan qeyd edib ki, Ermənistan hökuməti bölgədə sülh və sabitliyi təmin etmək üçün bütün lazımi işləri görmək niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin