Azərbaycanda fəaliyyət göstərən 26 bank ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb. Banklardan 22-si 6 aylıq dövrü xalis mənfəət ilə, 4-ü xalis zərər ilə başa vurub.
Yarımili zərərlə vuranlar Bank Avrasiya, Access Bank, Yapı Kredi Bank Azərbaycan, Pakistan Milli Bankının Bakı filalıdır.
Onlardan daha çox zərərlə üzləşən Bank Avrasiyadır, o birinci yarımilliyi 3 milyon 929 min manat zərərlə yekunlaşdırıb. Müvafiq olaraq digər bankların zərəri 2 milyon 24 min manat, 232 min manat və 115 min manat olub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda bank sektorunun xalis mənfəəti azaldı
Bankın fəaliyyətinin mənfəətlə deyil, zərərlə nəticələnməsini şərtləndirən əsas amillər hansılardır?
Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Bizim.Media-ya açıqlamasında bildirib ki, bankları zərərlə üzləşdirən əsas məsələ problemli kreditlərdir:
“Pandemiya dövründə nəinki Azərbaycanda, dünyada bankların, kredit təşkilatlarının fəaliyyətində bu cür duruma rast gəlinir. Əslində əksər bankların gəlirləri azalıb, amma dayanıqlı olduqları üçün mənfəət əldə edə bilirlər, dayanıqlı olmayan bankların isə zərəri çox olur”.
Əkrəm Həsənov deyib ki, Azərbaycanda hansısa dövrü məənfətlə başa vuran bankların siyahısı da bəzən şübhə doğurur:
“Məsələn, 2019-cu ilin yekununda, Ata Bank bəyan etmişdi ki, ili mənffətlə başa vurub. Amma elə həmin dövrdə vətəndaşların əmanətlərini qaytarmadı. 2020-ci ilin aprel ayında isə bankı bağladılar ki, sən demə ziyanla işləyirmiş, amma bunu gizlədirmiş”.
Xatirə Nəsirli, Bizim.Media