Xəbər verdiyimiz kimi, bu gecə Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. Azərbaycan Müdafiə Nazirliyi bildirilib ki, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.
Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, atışma zamanı bir erməni əsgər yaralanıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Kəlbəcərlə sərhəddə 3 erməni hərbçi öldü – 2-si yaralandı
Mənbə hərbçinin sağlamlıq durumu haqda əlavə məlumat vermir.
Nəşr yazır ki, hazırda sərhəddə vəziyyət sakitdir, atışma yoxdur.
Bizim.Media