Sui-qəsd yolu ilə öldürülən Haiti prezidenti Jovenel Moizin dul xanımı Martin Moiz övladları ilə birgə ölkəni tərk edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi “Aiti-24” xəbər portalına istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Haitinin öldürülən prezidentinin dul arvadı ölkəsinə qayıtdı - FOTO
Mənbə yazır ki, mərhum siyasətçinin ailəsi sui-qəsd zamanı yaralanan xanım Moizin müalicəsini davam etdirməsi üçün ABŞ-ın Florida ştatına köçüb.
Xatırladaq ki, dövlət başçısı iyulun 7-də naməlum şəxslərin iqamətgaha hücumu nəticəsində güllələnib, həyat yoldaşı isə yaralanıb. Səlahiyyətlilər, daha sonra hücum edən şəxslərin 26-sının Kolumbiya vətəndaşı olduğunu açıqlayıb. Onlardan bəzilərinin artıq nəzarətə alındığı deyilir.
Jovenel Moiz 23 iyulda ölkənin şimalındakı Cap-Haitien şəhərində dəfn edilib.
Bizim.Media