"Ermənistandakı hasilat və emal müəssisələri zəhərli tullantıları Oxçuçay çayına axıdaraq bölgənin ətraf mühitini zəhərləyir".
Bizim.Media bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter" hesabında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın ZAVOD əməliyyatı - Oxçuçayda son BAŞ VERƏNLƏR
Onun sözlərinə görə, bu tullantılar çayın faunasını məhv edir və insan sağlamlığı üçün təhlükəlidir:
"İnsanlar və ətraf mühitin zəhərləndirilməsi dayanmalıdır!", deyə XİN sözçüsü qeyd edib.
Bizim.Media