Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enib.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yağan leysan yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarından, Əyriçay, Şinçay, Kürmükçay, Balakənçay, Qanıx çaylarında sululuq artıb, bəzi dağ çaylarından sel keçib, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsib.
MÖVZU İLƏ BAĞLI:
Sabah Bakıda hava necə olacaq ? - PROQNOZ
Düşən yağışın miqdarı Ləzədə 27 mm (Qusar, aylıq normanın 91 %-i), Qrızda 12 mm, Kişçayda (Şəki) 11 mm, Gəncədə 10 mm, Xınalıq, Quba, Tovuz, Qusarda 9 mm, Balakən, Oğuzda 8 mm, Nabranda 7.0 mm, Zaqatalada 6 mm, Mingəçevirdə 4 mm, Çeyrançöldə 3 mm, Qəbələ, Sarıbaş (Qax), Şabran, Yevlax, Şəki, Şəmkir, Göygöl, Bərdədə 2 mm, Naxçıvan, Şahbuz, Ağdərə (Ordubad), Daşkəsən, Naftalan, Ağstafa, Gədəbəy, Balakən, Qobustan, Altıağac, Xaltan, Salyan, Kürdəmir, Zərdab, Göyçay, Sumqayıt, Bakı, Maştağada 1 mm-dək olub.
Şəmkirçay Qalakənddə diametri 22 mm, saat 18:15-18:20 radələrində Gədəbəy rayonu Miskinli kəndində diametri 5-6 mm, Plankəndində və Gəncə şəhərinin bəzi yerlərində leysan yağışlarla bərabər xirda dənəli dolu yağıb.
Şimal-qərb küləyi arabir Daşkəsən, Neftçalada 25 m/s, Naftalan, Altıağac, Ağstafada 20 m/s, Çeyrançöldə 19 m/s, Salyan, Xaçmaz, Şamaxı, Qobustan, Naxçıvanda 18 m/s, Şabran, Şirvanda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağa, Bakıda 35 m/s, Sumqayıtda 31 m/s, Qum adasında 30 m/s, Neft Daşlarında 28 m/s, Çilov adası, Pirallahıda 25 m/s, Binədə 24 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.0 metrə çatıb.
Bizim.Media