Azərbaycan - Moldova əməkdaşlığı müzakirə edildi

Hazırda oxunan: Azərbaycan - Moldova əməkdaşlığı müzakirə edildi

30274

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Moldova Respublikası Milli Sosial Sığorta Kassasının nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media bildirir ki, Nazirlikdən verilən məlumata görə, nazir ötən dövrdə Azərbaycanla Moldova arasında dostluq və əməkdaşlığın, qarşılıqlı faydalı dövlətlərarası münasibətlərin daha da inkişafı üçün imzalanmış sənədləri, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb.

S.Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri, Azərbaycanda aparılan sosial islahatlar proqramı, sosial inkişaf istiqamətində əldə olunan uğurlar barədə məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə edildi - FOTO


Ölkəmizin yeni brendinə çevrilən DOST konsepsiyasından bəhs edən nazir milli sosial təminat sisteminin gücləndirilməsi, sosial ödənişlərin artırılması sahəsində ardıcıl addımların atıldığını diqqətə çatdırıb.

Sosial sığorta və sosial təminat sahəsində e-xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, proaktiv xidmətlərin tətbiqi işlərini qeyd edib.

Nümayəndə heyətinin rəhbəri, Moldovanın Milli Sosial Sığorta Kassasının Baş direktorunun müavini Svetlana Daskal ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb. O, ölkəsində sosial sahədə aparılan islahatları, sosial sığorta sisteminin təkmilləşdirilməsi üçün görülən işləri qeyd edib.

Dövlət Sosial Müdafiə Fondu ilə təcrübə mübadiləsinin onlar üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə müasir sosial sığorta və təminat sistemləri qarşısında dayanan yeni çağırışlara və reallaşdırılan islahatlara, Moldovanın Milli Sosial Sığorta Kassası ilə qarşılıqlı faydalı ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin