“Azərbaycan Ermənistanın içərilərinə 3.5 km irəliləyib” – Semyon Peqovun yeni FEYK XƏBƏRİ

Hazırda oxunan: “Azərbaycan Ermənistanın içərilərinə 3.5 km irəliləyib” – Semyon Peqovun yeni FEYK XƏBƏRİ

30239

“Azərbaycan Silahlı Qüvvələri Ermənistanın içərilərinə doğru irəliləyir”.

Bizim.Media xəbər verir ki, bu iddia ilə “wargonzo” layihəsinin jurnalisti Semyon Peqov çıxış edib. 

Onun sözlərinə görə, Basarkeçər rayonundakı (Vardenis) təmas xəttindəki vəziyyətdən xəbərdardırlar.

Peqov bildirib ki, Azərbaycan hərbçiləri bu gün səhər tezdən Ermənistan ordusunun mövqelərinə hücum ediblər:

“Döyüş bir neçə saat ərzində davam edib. Hücumun ilk dalğası zamanı erməni postlarından biri ələ keçirilib, lakin sonra onu geri alıblar. İtkilər olub. Rəsmi mənbələr üç nəfərin öldüyünü söyləyirlər, ancaq “mikayelbad” layihəsinin hərbi müxbiri ölənlərin daha çox olduğunu deyir.

Azərbaycanın piyada qoşunu, həmçinin ərazidə yerləşən ən azı iki posta hücum edib. Döyüşlərin hazırda davam etdiyinə dair dəlillər var. Növbəti gərginlik Ankara və Bakının ortaq bir ordu yaradacağı haqda anons verən Türkiyə parlamenti sədrinin bəyanatı fonunda baş verir. Onu da qeyd etmək vacibdir ki, hazırda Azərbaycan Silahlı Qüvvələri döyüşləri Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin əməliyyat zonasında, yəni Qarabağ ərazisində deyil, Ermənistanla sərhəddə aparır”.

“Wargonzo” layihəsinə görə, azərbaycanlılar neytral zonada (bəzən eni 3-5 km-ə çatır) və digər istiqamətlərdə əhəmiyyətli hissələri ələ keçirməyi bacarıblar:

“Xüsusilə, Azərbaycan piyada qoşunlarının "boz zona"dakı hərəkətləri Naxçıvanla təmas xəttindəki Yerasx bölgəsində də qeydə alınıb”.

Ermənistan Müdafiə Nazirliyi günorta saatlarında 4 erməni hərbçinin yaralandığını və 3-nün öldüyünü açıqlayıb. Erməni bloger Mika Badalyanın fikrincə isə sərhəddə baş verən atışmada 5 erməni hərbçi ölüb, 5-i yaralanıb. 

Qeyd edək ki, hələlik bu indormasiya rəsmi İrəvan tərəfindən təsdiqlənməyib.

Son anda isə Badalyan Telegram kanalında kinayə ilə belə status yazıb:

“Qarabağdan imtina edib türklərlə dinc yaşayacağıq? Heç vaxt Ermənistana hücum etməyə cəsarət etməyəcəklər? Nikol bizə sülh, Köçəryan müharibə gətirəcək? Uşaqlarımız niyə Qarabağı müdafiə etməlidirlər? Əl çalın, erməni alçaqlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin