Pakistanlı 19 yaşlı alpinist-tədqiqatçı Şaxroz Kasif dünyanın ikinci ən hündür K2 dağına çıxaraq rekord qazanıb.
Bizim.Media Pakistan mətbuatına istinadla xəbər verir ki, Şaxroz Kasif bu dağa çıxan ən gənc alpinist kimi qeydə alınıb.
Alpinist-tədqiqatçı bu il may ayının 11-də dünyanın ən hündür dağı - Everestə qalxaraq bu zirvəyə çıxan altıncı gənc alpinist olub.
Şaxroz Kasif 11 yaşından alpinizmlə məşğuldur və indiyədək hündürlüyü 3 min metrdən 8 min metrədək olan çoxsaylı dağlara çıxıb.
Xatırladırıq ki, Pakistan-Çin sərhədində yerləşən K2 dağının hündürlüyü 8849 metrdir.
Alpinistlərin fikrinə görə, K2 dağına çıxmaq Evereste qalxmaqdan çətindir və K2-yə çıxan hər dörd nəfərdən biri ölür.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:04 / 28.07.2021
19 yaşlı pakistanlı dünyanın 2-ci ən hündür dağına çıxdı – REKORD qeydə alındı
Hazırda oxunan: 19 yaşlı pakistanlı dünyanın 2-ci ən hündür dağına çıxdı – REKORD qeydə alındı
Hazırda oxunan: 19 yaşlı pakistanlı dünyanın 2-ci ən hündür dağına çıxdı – REKORD qeydə alındı
30183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.