Aparıcı: "Onlar təkcə mənim yox, həyat yoldaşımın da həyatını məhv etdilər” - VİDEO

Hazırda oxunan: Aparıcı: "Onlar təkcə mənim yox, həyat yoldaşımın da həyatını məhv etdilər” - VİDEO

30173

“Ad çəkə bilmirəm. Nə olursa olsun, övladım bu verilişə baxacaq. Amma heç bir qadın ailəsinin dağılmasını istəməz. Ya orada 3-cü şəxslər var, ya da ki... Mənim həyatımda isə 4-cü, 5-ci, 6-cı şəxsləri saysan bitməz”.

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Zümrüd Bədəlova “Onun sirri” verilişində deyib.

O, ailəsinin dağıdan şəxsin adını gizli saxlamağa üstünlük verib:

“Elə mənim yaxınlarımın, keçmiş həyat yoldaşımın yaxınlarının, hər  kəsin istəyi, əməlləri, pis niyyətləriylə, bilmirəm nəyə görəsə bu ailəni dağıtmaq istəyi və mübarizəsi ilə biz ayrıldıq. Kağızda yazılan insanın əslində adını çəkərəm, amma bu verilişə mənim övladım baxır. Uşağım bu insanın xətrini çox istəyir.

Ona görə də, bu suala cavab verə bilmərəm. Amma bircə onu bilin ki, əgər sizin pisliyinizi kimsə düşünürsə, düşünməsi belə kifayət edir.

Sən təmizsənsə, o gəlib səni tutur. O pis niyyətlərin, duaların, qarğışların hamısı məni tutdu.

Mən heç kimə heç nə etməmişdim. Sakitcə ailə qurub, buralardan getmişdim. Bu insanlar mənim ikinci övladımın dünyaya gəlməsinin də qarşısını aldılar. Onlar təkcə mənim yox, həyat yoldaşımın da həyatını məhv etdilər”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin