Gələn ilin may ayında İtaliyada keçiriləcək “Eurovision-2022“ mahnı müsabiqəsinə ev sahibliyi etmək üçün 17 italyan şəhəri müraciət edib.
Bizim.Media xəbər verir ki, namizədlər arasında Bolonya, Genuya, Florensiya, Milan, Roma, Turin və Triest kimi region paytaxtları ilə yanaşı, Alessandriya, Matera, Pezaro, Rimini və Viterbo kimi kiçik əyalətlərin mərkəzi şəhərləri də yer alır.
Namizəd şəhərlərə öz təkliflərini təqdim etmək üçün tələb olunan detallı tələblər artıq göndərilib.
Tələblər arasında təşkilatçı şəhərə ən yaxın beynəlxalq aeroportun maksimum 90 dəqiqəlik məsafədə olması, konsert arenasının 8-10 min tamaşaçı üçün nəzərdə tutulması və həmin məkanın azı doqquz həftə boyunca mahnı müsabiqəsinin sərəncamında olması, ətraf ərazilərdə azı iki min otel otağının sifariş üçün sərəncamda olması kimi texniki detallar yer alır.
RAİ dövlət televiziyası Avropa Yayım İttifaqı (EBU) ilə birlikdə avqust ayının sonunadək namizədlər arasında ən münasib şəhəri seçəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:50 / 27.07.2021
“Eurovision-2022“ mahnı müsabiqəsi İtaliyanın hansı şəhərində olacaq? - 17 namizəd var
Hazırda oxunan: “Eurovision-2022“ mahnı müsabiqəsi İtaliyanın hansı şəhərində olacaq? - 17 namizəd var
Hazırda oxunan: “Eurovision-2022“ mahnı müsabiqəsi İtaliyanın hansı şəhərində olacaq? - 17 namizəd var
30147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.