Gənclər və İdman Nazirliyi agentliyə çevrilir? - AÇIQLAMA

Hazırda oxunan: Gənclər və İdman Nazirliyi agentliyə çevrilir? - AÇIQLAMA

30118

Yaxın günlərdə Gənclər və İdman Nazirliyi ləğv ediləcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

İddiaya görə nazirliyin ləğvindən sonra onun səlahyyətləri bir neçə qurum arasında bölünəcək. Sosial şəbəkələrdə qeyd olunur ki, nazirliyin bəzi səlahiyyətləri isə yeni yaradılacaq agentliyə həvalə ediləcək.

Bəs, nazirliyin ləğv olunub yerinə agentlik yaradılması cəmiyyət arasında necə qiymətləndirilir? 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Razi Nurullayev bildirib ki, Azərbaycanda bütün sahələrdə ciddi və əsaslı islahatlara ehtiyac var: 

“Mənim fikrimcə, insanları razı salacaq bir sistemə ehtiyac var. Əgər Gənclər və İdman Nazirliyinin yerində ondan yaxşı işləyən, ortaya daha çox nəticələr qoya bilən bir qurum yarancaqsa, niyə də olmasın. Yox əgər ancaq ad dəyişikliyi olub, nəticədə ortada fəaliyyəti görünməyəcəksə mənim fikrimcə, buna heç bir lüzum yoxdur. Əgər Prezident bununla bağlı belə bir qərar verəsə, bizə bunu ancaq dəstələmək düşər”.

İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı isə düşünür ki, ölkədə gənclər siyasətini həyata keçirən qurumun nazirlik və ya agentlik formasında olması elə də prinsipial məsələ deyil: 

“Burada əsas məsələ həmin dövlət qurumunun forması ilə deyil, məzmunu ilə bağlıdır. Biz gənclərin bir məqsədi var ki, bu qurum keyfiyyətcə yeni bir mərhələyə qədəm qoysun. Yəni nazirliyin fəaliyyətini, indiyə qədər gördüyü işləri görməzdən gəlmək fikrində deyiləm. Lakin ümumilikdə hesab edirəm ki, həqiqətən də gənclər və idman siyasəti sahəsində islahatlara ehtiyac var. İslahatlar həm bu sahəni idarə edən əlaqədar dövlət qurumlarını, eyni zamanda burada fəaliyyət göstərən gənclər və ictimai təşkilatlarını da əhatə etməlidir. Çünki biz artıq mövsümi gənclər təşkilatlarından, yalnız qrantdan-qranta fəaliyyət göstərən və buna baxmayaraq müxtəlif dövlət tədbir və təltiflərində ön sıralarda olan təşkilatlardan qurtulmalıyıq”.

Digər iddialara görə isə İdman və Gənclər nazirliyi tamamilə ləğv olunaraq, səlahiyyətləri Təhsil nazirliyinin tabeliyinə veriləcək. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin