Mal əti ürək üçün təhlükəlidir? - DETALLAR 

Hazırda oxunan: Mal əti ürək üçün təhlükəlidir? - DETALLAR 

30061

Mal ətindən qida kimi istifadə insanda ürəyin işinin pisləşməsi riskini artırır. 

Bizim.Media xəbər verir ki, belə nəticəyə təxminən 20 min insanı müayinə etmiş tibb tədqiqatçıları gəliblər. 

Mütəxəssislər müəyyən ediblər ki, ət yeməklərini çox sevən insanlarda ürək çatışmazlığı inkişaf edir, arteriyalar sərtləşir. 

Piyli balıq isə bunun əksinə olaraq ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır və arteriyaları elastik edir. 

Tədqiqatçılar mal ətindən istifadənin ürəyin işi ilə əlaqəsini onunla izah ediblər ki, bu, yüksək təzyiq, xolesterinin səviyyəsinin artması, piylənmə və diabetlə nəticələnir. Bu, araşdırmaçıların mal ətindən normadan artıq istifadənin zərəri ilə bağlı ilk qənaəti deyil. Daha əvvəl məlum olub ki, mal əti insanın, xüsusən kişilərin ömrünü azaldır. 

Ekspertlər orta yaşı 53 il olan 43 272 kişiyə dair məlumatı öyrəniblər.

Yoxlanılanlar sınaq müddətinin əvvəlində hər hansı ürək-damar və onkoloji xəstəliklərdən əziyyət çəkməyiblər. Məlum olub ki, mal ətindən istifadə edən kişilərdə ürək-damar xəstəliklərinin inkişafı ehtimalı yüksəkdir. Ekspertlər belə qənaətə gəliblər ki, bu məhsul rasionundan imtina insanın ömrünü əhəmiyyətli dərəcədə uzada bilər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin