“Səhər saat beşdə oyanıb…” - Burcu Esmersoy bəzi sirləri açdı

Hazırda oxunan: “Səhər saat beşdə oyanıb…” - Burcu Esmersoy bəzi sirləri açdı

30047

Hər zaman gözəl bədən quruluşu ilə seçilən Türkiyənin məşhur aparıcısı, model və aktrisa Burcu Esmersoy tətilini necə keçirməsi barədə danışıb. 

Bizim.Media xəbər verir ki, Türkiyənin Kanal D televiziya kanalına açıqlama verən B.Esmersoy hazırda Bodrumda istirahətdə olduğunu, yuxusuna, idmanına, qidalanmasına diqqət etdiyini bildirib. 

“Axşam saat səkkizdə mobil telefonumu söndürürəm. Saat 22:00-a qədər artıq yuxuya gedirəm. Səhər saat beşdə oyanıram. İdman edirəm, nizamlı həyat keçirirəm”, - deyə məşhur aparıcı vurğulayıb. 

Burcu Esmersoy ağ çörək yemədiyini, ancaq simiti çox bəyəndiyini söyləyib:

“Simit dəlisiyəm. Bazar gününü özümə hədiyyə edirəm. Simit, kərə yağı, cem... Səhər yeməyində səkkiz simit yeyirəm”. 

45 yaşlı Burcu Esmersoy yaşa ciddi önəm vermədiyini, qadın üçün püxtələşməyin və həyat təcrübəsi qazanmağın daha vacib olduğunu bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin