Tanınmış təhsil eksperti DİM ilə bağlı qanunda boşluqlardan yazdı

Hazırda oxunan: Tanınmış təhsil eksperti DİM ilə bağlı qanunda boşluqlardan yazdı

30030

"DİM-in imtahanından kəsilən şagirdlər nə etməlidir? Həqiqətən bu sualın cavabı bizim gələcəyimizə böyük təsir göstərəcək. Bilindiyi kimi imtahandan kəsilən oğlan şagirdlərə ikinci şans növbəti il üçün verilmir.

Səbəb isə budur ki şagird artıq 17 yaşını tamamlayır və 1 il sonra hərbi xidmətə yollanacaq.

Bəs bu şagird 1 il boyunca nə etməlidir? Oturub gün saymalıdır? Yoxsa, hər hansı bir kafedə keçici olaraq günəmuzd işçi kimi işləməlidir?

Yoxsa təhsil kariyerasını inkişaf etdirmək üçün çıxış yollarımı axtarmalıdır? Bunun hansı baş tutsa cəmiyyətimiz və gələcəyimiz üçün faydalı olar? Əlbəttə ki, təhsil. Təhsil bir milləti ayaqda tutan ən önəmli faktorlardan biridir. Nə qədər təhsilli gəncimiz olsa problemimiz o qədər az olar və ölkəmiz daha sürətli inkişaf edər".

Bizim.Media sfera.az-a istinadla bildirir ki, bunu təhsil eksperti Ramal Şəmşədli deyib.

Onun sözlərinə görə, şagirdin istedadını, bilik və bacarığını müəyyən etmək üçün ümumi təhsil ocaqlarında psixoloji yoxlamaların olmağı şərtdir: 
 

"İndi sizin sualınız yarana bilər ki, bəs bunun üçün imtahanda kəsilən bir şagirdin çıxış yolları nələrdir?  Bildiyimiz kimi son zamanlar da populyarlaşan Attestatla təhsil amili də var. Bununla bağlı əksini tapmayan  fərqli  fikirlər səsləndirilir və nəticə etibarilə valideyin və şagirdlər çaşqınlığa düşür.


Bəs həqiqət nədir? Attestatla təhsil nədir?

Diplomlar Azərbaycanda tam olaraq  tanınırmı? Hərbi xidmətdən möhlət hüququ verilirmi? Universitetlər dövlət ali təhsil müəssisələridirmi? Universiteti bitirdikdən sonra işlə təmin olunurmu? 

Onu qeyd etmək istəyirəm ki, attestatla təhsil beynəlxalq bir proqramdır. Yəni sadəcə Azərbaycan vətəndaşlarının Türkiyədə və ya digər ölkələrdə təhsil almağı deyil, eyni zamanda xarici ölkə vətəndaşlarının da bizim çətinliklə qəbul ola biləcəyimiz Universitetlərə  sadəcə attestalarıyla qəbul olmağı deməkdir.

Bu gün Avropa ölkələrində dil sertifkatlarıyla tələbələr təhsil ala bilir. Bu o demək deyil ki, həmin universitetlər saxtadır və diplomu tanınmır. Misal üçün Almaniya və Fransada təhsil alan tələbələr pulsuz təhsil ala bilər, sadəcə həmin oxuduqları ölkə dilində təhsil almaqları şərti var.

Yəni  siz Almaniyada alman dilində təhsil alsanız universitetdə pulsuz oxuyursuz, eyni proqram Fransada da var. Hətta sizə illik təqaüd də verir.

İndi siz deyə bilərsiz ki, burda bal toplaya bilməyən bir şagird necə orda oxuya bilər?

Əvvəlcə onu qeyd etməliyəm ki, burda toplanan bala görə şagirdin bilik və bacarığını müqayisə etmək tamamilə səhvdir. Ola bilsin şagirdin riyaziyyat bacarığı çox üstündür amma humanitar istiqamətə o qədər də marağı yoxdur, bu o demək deyil ki, şagirdin savadı yoxdur.  Və ya  tarix və coğrafiya fənnlərini sevməyə bilərlər bu normal bir şeydir.
 

Hər kəs hər şeyi sevəcək deyə bir qanun yoxdur. Belə bir şey qeyd edim. Əgər bir şagird hansısa tarixdə baş tutmuş bir döyüş ilini bilmirsə, yadından çıxıbsa necə deyə bilər ki, bu şagirdin savadı yoxdur? İki gün qabaq yediyimiz yemək bizim yadımızdan çıxır bu o deməkdi ki, biz həmin gün yemək yeməmişik? Bunun üçün də vacib töhfələr verə bilərik.


Şagirdin istedadını, bilik və bacarığını müəyyən etmək üçün ümumi təhsil ocaqlarında psixoloji yoxlamaların olmağı şərtdir. Belə olduğu halda həmin şagirdlərə düzgün istiqamət veriləcək. Və nəticə etibarı ilə cəmiyyətimiz qazanacaq. İllərdi bal toplaya bilmədi deyə neçə-neçə gənclərimiz intihar edib. Biz bu yenilikləri düzgün qaydada ortaya qoya bilsəydik bəlkə də bunların heç biri yaşanmazdı.

İndi həssas bir dönəm keçiririk. Müharibədən çıxmış bir ölkəyik. Bir tərəfdən canlı düşmənlə mübarizə aparılır bir tərəfdən görünməz Covidlə. Hər birinin böyük təsiri var şagirdlər üzərində. Müəyyən səbəblərə görə şagird istədiyi balı toplamaya bilər, bu o demək deyil ki, onun arzuları, təhsil kariyerası yarımçıq qalmalıdır.

Bunun üçün əziz təhsil ekspertləri verlişə dəvət olunduğunuzda yanlış məlumatlar səsləndirməyin. Bir cümlə insanı həm öldürə bilər, həm də yaşada bilər. Attestatla təhsil sadəcə azərbaycanlı şagirdlərə şamil olunmur. Hər bir ölkə vətəndaşına şamil olunur.

Ölkəmizin ən yaxşı ali təhsil ocaqlarında yüzlərlə xarici ölkələrin vətəndaşları təhsil alır. Bu şagirdlər hansı imtahan yolu ilə gəlib bizdə təhsil alır?

Əlbəttə ki, attestatlarıyla gəlirlər. Universitetlər dövlət ali təhsil müəssisələridir və Azərbaycanda şərtlərə uyğun olaraq  100% tanınır. Hərbi xidmətdən möhlət hüququ verilir.

Bitirdikdən sonra işlə təmin deyirik. Bu təmin heç ölkəmizdə Universiteti bitirənlər üçün yoxdur, xaricdə bitirənlər üçün necə olsun? Bitirdikdən  sonra qaydalara uyğun olaraq hər kəs kimi dövlət qulluğuna imtahan verilir. İmtahan nəticəsinə görə işlə təmin olunursuz.
 

Əziz şagirdlər, mən sizin hər birinizə uğurlar arzu edirəm. Siz məktəbi bitirmisinizsə bu böyük uğurun başlanğıcıdır. Həyatda məğlub olmaq yerine hər zaman  mübarizə aparmağı seçin. Çıxış yolları hər zaman var. Hər eşitdiyinizə inanmayın özünüz araşdırmaçı olun. Daimi inkişafda yenilik axtarın özünüz üçün.


Mütləq uğur bir gün sizi tapacaq. İstər yaxşı çox bal toplayın, istərsə də zəif bal toplayın siz bizim cəmiyyətimizin fərdlərisiniz. Siz bizim gələcəyimiz üçün çox önəmlisiniz. Yeniyetmələr sizləri izləyəcək.

Onun üçün siz hər zaman yaxşı yolları seçin. Sizinlə hər zaman bizlər fəxr edirik. Sizləri bütün gördüyünüz yaxşı işlərdə dəstəkləyir və sizlərə can sağlığı arzu edirəm. Təhsil almaqdan çəkinməyin, sizin təhsiliniz sizin parlaq gələcəyinizdir!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin