Uzunmüddətli fasilədən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnalları yenidən ötürülür.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu siqnalları ilk dəfə milli aviadaşıyıcının təyyarələri qəbul edib.
İndi azad edilmiş ərazilər üzərində uçan bütün hava gəmiləri Füzuli beynəlxalq hava limanında quraşdırılan VOR/DME yerüstü naviqasiya sistemindən çağırış siqnalı ala bilər.
Bu radioçağırış siqnallarını qeydiyyata alaraq Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) təsdiq edib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, hava gəmilərinin uçuşlarının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğun olaraq aeronaviqasiya təminatı məqsədilə Füzulidəki beynəlxalq hava limanında radiotexniki avadanlığın fəal tətbiqi həyata keçirilir.
Radiolokasiya kompleksinin, alətlər üzrə enmə sisteminin quraşdırılması davam etdirilir, həmçinin aviasiya-meteoroloji təminat sistemlərinin yerləşdirilməsi başa çatdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:06 / 26.07.2021
Azərbaycan təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıb
Hazırda oxunan: Azərbaycan təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıb
Hazırda oxunan: Azərbaycan təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıb
29992
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.