TƏBİB-dən ailə qurmaq istəyənlərə XƏBƏRDARLIQ 

Hazırda oxunan: TƏBİB-dən ailə qurmaq istəyənlərə XƏBƏRDARLIQ 

29988

“2 apreldən başlayaraq səyyar müəssisələrdə vaksinasiya həyata keçirilir. Səyyar olaraq Bakının bütün böyük müəssisələrində 62 min dozadan çox vaksinasiya aparılıb”.

Bizim.Media bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Xüsusi karantin rejimi ilə bağlı Əli Əsədovdan YENİ QƏRAR 


Onun sözlərinə görə, yanvarın 18-dən başlayaraq, ölkədə vaksinasiya davam edir, ümumilikdə vaksinasiya sayı 4 milyondur:

"Vaksinasiya könüllülük əsasında aparılır. Bu gün Azərbaycanda xəstəliyi keçirmiş şəxsə 6 aydan sonra istənilən vaksindən 1 doza ilə immun sertifikatı verilir. İki vaksin olunanlar da 6 aydan sonra revaksinasiya oluna bilər".

Yeni ailə qurmaq istəyənlərə vaksinasiyanın tövsiyə olunması məsələsinə gəlincə, Yaqut Qarayeva deyib ki, ümumi olaraq hər kəsə virusa qarşı peyvənd vacibdir:

“Çünki hamiləlikdən sonra gənc xanımın virus infeksiyasına tutulması məxmrək, qızılca və ya suçuçəyi dölün inkişafında ciddi fəsadlar yarada bilən məqamlardır. Bu baxımdan bunları düşünmək lazımdır”. məqamlardır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin