Laçın və Zəngəzur koridorları: “Azərbaycan qlobal layihənin mərkəzindədir” - Fərhad Məmmədov

Hazırda oxunan: Laçın və Zəngəzur koridorları: “Azərbaycan qlobal layihənin mərkəzindədir” - Fərhad Məmmədov

29982

İyulun 30-dan avqustun 10-a qədər Özbəkistanın cənubunda Əfqanıstanla sərhəddəki “Termez” poliqonunda hərbi təlimlər keçiriləcək. Rusiyanın təşkil etdiyi təlimlərdə Özbəkistan hərbçiləri də iştirak edəcək. 

Qeyd edək ki, ABŞ-ın Əfqanıstandan çıxma qərarı və Kabildəki vəziyyətin Türkiyənin nəzarətinə keçməsi, Talibanın çoxsaylı vilayətləri tutması Mərkəzi Asiyadakı geosiyasi durumu dəyişib. Rusiyanın isə koridorlar planı olan bir dönəmdə təlimlərə start verməsinin bəzi səbəbləri var. Əslində Kreml Qara dənizdə olduğu kimi, müxtəlif regionlara aid koridorların işində yaxından iştirak etmək istəyir. Onların maraq dairəsinə Laçın və Zəngəzur dəhliziləri də daxildir.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistana bu fürsəti Azərbaycan verir...” - Asim Mollazadədən ŞƏRH


O ki qaldı olayların siyasi tərəflərinə...

“Rusiyanın bu təlimlərdə iştirakı onun Mərkəzi Asiyada hərbi mövcudluğunun təsdiqidir. Digər tərəfdən Əfqanıstanda hələ də hakimiyyət uğrunda mübarizə bir siyasi formaya salınmayana qədər hərbi sahə ən vacib sahədir.

Əlbəttə, Rusiya və bütün digər ölkələr əvvəllər Talibanla hər hansısa bir münasibət qurmurdularsa, ABŞ oradan çıxandan sonra demək olar ki, bütün əsas oyunçular taliblərlə danışıqlara getməyə meyillidirlər”deyən politoloq Fərhad Məmmədov əlavə etdi ki, Rusiya Avrasiyadakı strateji kommunikasiyalarda (yollar, dəhlizlər) iştirakını fəal şəkildə təmin etmək niyyətindədir.

Bizim.Media-ya açıqlamasında politoloq vurğuladı ki, Azərbaycanla Ermənistan arasında olan kommunikasiyaların Rusiyanın hazırladığı Şimal-Cənub dəhlizlərinə salınması artıq bir faktdır:

“Yəni bu, sənəd kimi iki həftə bundan öncə qəbul olunub və bu istiqamətdə də onlar öz strategiyalarını qururlar. Əfqanıstan ərazisi bir çox dəhlizlərdən kənar qalıb, çünki tarixən orada müharibələr yaşanıb, təhlükəsizlikdə problemlər mövcud olub. Ora yönələn əsas dəhlizlər şərq və cənub istiqamətlərində formalaşıb və formalaşa bilər. Orada Çin, ABŞ-ın da maraqları çox idi. Lakin görünən odur ki, Əfqanıstanda siyasi qüvvələr arasında mübarizə hələ də hərbi müstəvidə həyata keçirilir.”

Politoloqun fikrincə, Əfqanıstanda koridorların mümkünlüyü oradakı hərbi komponentlərin yoxa çıxması və yalnız siyasi amillərin qalması ilə baş verə bilər:

“Ona görə də, bu əlaqələndirmə bir az çətindir, amma Rusiyanın bu təlimlərdə iştirakı ilk növbədə KTMT-yə üzv olan dövlətlərin sərhədlərinin qorunması və Mərkəzi Asiyada öz hərbi mövcudluğunun təsdiq edilməsi məqsədilə reallaşdırılır.”

Politoloqun fikirlərinə əlavə olaraq qeyd edək ki, hazırda Rusiya sülhməramlılarının nəzarətində olan Laçın koridoru və ilin sonuna qədər hazır olacağı prqnozlaşdırılan Zəngəzur dəhlizi Kiçik Asiya ilə (Türkiyə) Mərkəzi və Şərqi Asiya, həmçinin Rusiya-Çin arasında siyasi-iqitsadi meydançaya çevrilə bilər. Azərbaycan isə bu qlobal layihənin mərkəzindədir.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin