Sınıq telefondan Xudayarın müharibədə oxuduğu daha bir mahnısı tapıldı

Hazırda oxunan: Sınıq telefondan Xudayarın müharibədə oxuduğu daha bir mahnısı tapıldı

0:00
0:00
29852

"Vətən yaxşıdır" mahnısı ilə tanınaraq dastana dönən şəhid gizir Xudayar Yusifzadənin İkinci Qarabağ müharibəsində ifa etdiyi yeni mahnısının görüntüləri əldə edilib.

Bizim.Media xəbər verir ki, Xudayarın ifası əks olunan sözügedən videogörüntünü şəhidin qardaşı Məhəmməd Yusifzadə yayıb.

Bildirib ki, həmin ifa əsgərlərin birinin telefonun yaddaşında qalıb. Yararsız halda aşkarlanan mobil telefonun yaddaşı usta tərəfindən bərpa edilərək, həmin görüntüləri əldə etmək mümkün olub.

Kadrlarda ancaq səsi düşən Xudayar əsgər yoldaşları ilə uca səslə mahnı ifa edir:

"Ordakılar yığışıb bizdən ötrü, bax, belədir mənim taleyim...".

Qeyd edək ki, şəhid gizir Xudayar Yusifzadə 1998-ci ildə Bərdə rayonunda anadan olub. 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib. (cebhe.info)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin