Paşinyan yüzlərlə polisin müşayiəti ilə Qazaxla sərhədə gedir - SƏBƏB

Hazırda oxunan: Paşinyan yüzlərlə polisin müşayiəti ilə Qazaxla sərhədə gedir - SƏBƏB

29836

Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan yüzlərlə polisin müşayiəti ilə Tavuş vilayətinə, Qazax rayonunun yaxınlığında yerləşən doğma İcevan şəhərinə gedir. 

Bizim.Media xəbər verir ki, informasiya “news.am” saytında yer alıb.

Mənbə bildirir ki, Nikol Paşinyan və ailəsini uşaqlıq dostu, polis rəisi Vaqe Qazaryan da müşayiət edir. Bu barədə Hraparak.am nəşri yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan: “Azərbaycanla sülh danışıqlarına başlamağa hazıram”


Bildirilir ki, Paşinyanın maşın karvanı Sevan şossesi boyunca çox yüksək sürətlə (150 km / saat) irəliləyir. 

“Xatırladaq ki, keçən il koronavirusun tüğyan etdiyi dövrdə Tavuş elitası Tsirani kompleksində izdihamlı bir bayram keçirib. Tədbir daha sonra Nikol Paşinyanın anasının Yenokavan kəndində davam edib. Bütün bunlar rəsmi şam yeməyi kimi təqdim edilib. Bu il isə onların nəyi bayram edəcəkləri bəlli deyil”, deyə nəşr qeyd edib. 

Ancaq bəzi mənbələr Paşinyanın İcevan şəhərində “Vardavar” adlı bayramı keçirəcəyini deyir. Həmin gün insanlar bir-birinin üstünə su tökməli, göyə göyərçin buraxmalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin