Müğənni Alişanın qardaşının yasına gəlməyənləri qınadı

Hazırda oxunan: Müğənni Alişanın qardaşının yasına gəlməyənləri qınadı

29801

Müğənni Lerzan Mutlu Alişanın qardaşı Səlçukun yas mərsiminə gəlməyən həmkarlarını qınayıb.

Bizim.Media xəbər verir ki, Lerzan dəfn mərasimində iştirak etməyənlərin ünvanına ağır ittihamlar səsləndirib.

Müğənni paylaşımlarında ad çəkməsə də Seda Sayan və Demet Akalına işarə etdiyi bildirilir :

"Ölünün üstündən belə gündəm olmaq üçün yalan xəbər verirsiniz! Ayıb olsun hamınıza! Evdə də, cənazədə də görmədim sizi, istirahətlərini yarımçıq qoyub geri qayıtmayan saxta qəhrəmanlar! İnsanları aldadan saxta qəhrəmanlar! Heç olmasa burada reklam etməyin. Yazıqlar olsun!

Susun da insanlar acılarını yaşasın! Həqiqətən acınacaqlı vəziyyətdəsiniz. Hətta buradan belə reklam üçün mövzu çıxarırsınız. Siz necə insansınız?!" deyə, Lerzan yazıb.

Qeyd edək ki, müğənni Alişanın qardaşı Selçuk Tektaş koronavirusdan vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin