Şəkidə minik avtomobili qəzaya uğrayıb, üç nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında Şəki-Oğuz avtomobil yolunun Sarıca kəndi ərazisindən keçən hissədə baş verib.
MÖVZU İLƏ BAĞLI:
Toy korteji qəza törətdi- xəsarət alan var - FOTO
“Kia” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı beton maneəyə çırpılıb.
Qəzadan sonra avtomobildə olan üç nəfər Oğuz rayon sakinləri - 20 yaşlı Cavidan Mustafayev, 23 yaşlı Kənan Nəsrullayev və 29 yaşlı Qabil Allahverdiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir şəhər xəstəxanasına aparılıb.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca bölməsində araşdırma aparılır. (apa)
Bizim.Media