Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 
Bizim.Media xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli sərəncamı ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib: 
 
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan-Koreya iqtisadi əməkdaşlığı ilə bağlı SƏRƏNCAM
“Komissiyanın sədri 
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini 
Komissiyanın üzvləri 
Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini 
Azərbaycan Respublikası energetika nazirinin müavini 
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini 
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini 
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini 
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini 
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini 
Azərbaycan Respublikası təhsil nazirinin müavini 
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini 
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri 
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru 
Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri 
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri.”.
Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilmiş dəyişikliklər barədə Özbəkistan Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir. 
Bizim.Media 





























































































