Sumqayıtda anası tərəfindən atılan altı aylıq körpənin vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, altı aylıq körpə babasının Sumqayıt şəhər Təcili Tibbi Yardım stansiyasının çağırışı əsasında xəstəxanaya gətirilib:
“Uşaqda heç bir xəstəlik aşkar edilməyib. Tam sağlam uşaqdır, sadəcə qulluğa ehtiyac var. Hazırda körpə Sumqayıt şəhər Uşaq xəstəxanasında həkim nəzarətindədir, qulluq edilir”.
Qeyd edək ki, Sumqayıt şəhər sakini altı aylıq oğlundan imtina edərək körpəni ata və anasının yaşadığı ünvana qoyaraq gedib. (Oxu.az)
Bizim.Media