Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Çiləgir kəndinin sakini Abil Həsənov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan verilən məlumata görə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı Çiləgir kəndi yaxınlığında meşə zolağına baxış keçirilən zaman onun əkib yetişdirdiyi 46 ədəd yaş, 9 ədəd quru vəziyyətdə çətənə bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı istintaq aparılır.
Aytəkin Alxaslı, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:57 / 23.07.2021
Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb
Hazırda oxunan: Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb
Hazırda oxunan: Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb
29656
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.