Ermənistanın Müdafiə Nazirliyi İran İslam Respublikası ərazisində olan hərbçilərinin sayını bilmir.
Bizim.Media Sputnik Armenia-ya istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan məlumat verib.
Bildirilib ki, 44 günlük döyüşlərdə erməni əsgərlərinin bir qismi itkin düşüb, onlardan xəbər yoxdur. Həmin əsgərlərin valideynləri övladlarının İran ərazisinə keçdiyini ehtimal edirlər.
Nazirliyin nümayəndəsi bildirib ki, məsələnin araşdırılması üçün İrana müraciət ediblər.
Ancaq İran ərazisinə erməni hərbçilərinin keçməsi barədə yayılan məlumatları təsdiqləməyib.
Bizim.Media