Qatillər Ermənistan parlamentinə doluşdu - Paşinyanın REAKSİYASI nə olacaq?

Hazırda oxunan: Qatillər Ermənistan parlamentinə doluşdu - Paşinyanın REAKSİYASI nə olacaq?

29641

Ermənistanda 20 iyun seçkiləri belə hakimiyyət davasına son qoya bilmədi. İstefalar, vəzifələrdən və deputat mandatlarından imtina etmələr fonunda ölkədə qeyri-sabitlik davam edir. 

Parlament seçkilərindəki məğlubiyyətinin ardından eks-prezident Robert Köçəryan parlamentdə təmsil olunacağını və mübarizəsini sözügedən formada davam etdirəcəyini bildirmişdi. Lakin sonradan vədinə xilaf çıxan Robert adi deputat vəzifəsini öz eks-prezidentlik qüruruna sığışdıra bilmədi.

Qatil qardaşlığı
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan: “Azərbaycanla sülh danışıqlarına başlamağa hazıram”


Köçəryandan fərqli olaraq, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan nazirlikdə və ya parlamentdə oturmaq arasında o qədər də böyük fərq görməyib. Belə ki, eks-nazir seçki məğlubu “Hayastan” blokunun fraksiya rəhbəri kimi silah yoldaşı Köçəryanı əvəz edərək, parlamentdə təmsil olunacaq. Qeyd edək ki, Ohanyan 2016-ci ildə nazir vəzifəsindən azad edilib və indi - 5 ildən sonra yenidən siyasətə dönmə qərarına gəlib. Özü də tək yox, qətliamlar törətdiyi silah yoldaşı Robertlə birlikdə. 20 iyun seçkilərində hakimiyyət uğrunda mübarizə aparmaq üçün yaradılan “Hayastan” bloku da köhnə dostları yenidən bir araya gətirib.

Robert-Seyran yoldaşlığının yaşı isə heç də az deyil. Hələ Birinci Qarabağ Savaşında erməni birləşmələrinə rəhbərlik edən Köçəryan və Ohanyan məhz azərbaycanlılara qarşı törətdikləri qırğınlarla ölkələrində nüfuz sahibinə çevriliblər.

Sözügedən qatillər Ermənistandakı diktaturalarını da əllərinə bulaşmış günahsızların qanları ilə qazanıblar.

Təbii ki, bu iki cəlladın ölkələrində siyasi fəaliyyətə qayıtmasında birbaşa olaraq xarici qüvvələr günahkardır. Ermənistanda revanşizm ideyalarının xəmirinə maya qatmaqla hazırki hakimiyyətə, eyni zamanda bölgəyə təsir “rıçak”larını saxlamaq məqsədi güdən həmin xarici aktorlar, Köçəryan və Ohanyanın böyük siyasətə qayıtması üçün əllərindən gələni əsirgəmədilər. Doğrudur, əsas məqsəd Xocalı qatillərinin cəmləşdiyi “Qarabağ klanı”nı bölgənin başına bəla etmək üçün hakimiyyətə gətirmək idi, lakin bu baş tutmadı. Buna baxmayaraq, ölkə rəhbərliyinə qayıtmaq üçün Robert-Seyran tandeminin öz pozuculuq fəaliyyətlərindən geri durduğuna inanmaq sadəlöhvlük olardı. Sözügedən istiqamətdə isə məlum şəxslərin əllərini yenidən qana boyayacaqları istisna edilməməlidir. Nə də olsa, bacarmadıqları iş deyil...

Baş rolda Azərbaycan

Xatırladılması vacib olan ən önəmli məqam isə, Seyran Ohanyanın törətdiyi qırğınlar səbəbindən rəsmi Bakı tərəfindən İntrepol xətti ilə axtarışa verilməsidir.

Təkcə qeyd olunan fakt belə, Azərbaycan üçün mühüm təsir vasitəsi və önəmli fürsət hesab oluna bilər. Belə ki, rəsmi Bakı adıçəkilən qatillərin cəzasına çatması üçün məsələni beynəlxalq məhkəmələrdə qabarda bilər. Bununla da, həm beynəxlalq arenada Ermənistanı parlamentində qatilləri oturdub, ölkədə söz sahibi etməsi səbəbindən tənqid hədəfinə çevirmək, həm də Ohanyan və Köçəryan kimi qatillərə 30 ildən sonra layiq olduqları cəzanı vermək mümkündür.

Əslində Seyran 44 günlük savaşın son günlərində Azərbaycan ordusu tərəfindən Şuşada verilən cəzadan ağır yaralanaraq canını qurtarmağı bacarmışdı. Amma...

Lakin Azərbaycanın qatillərin cəzasını verməsi üçün əlverişli məqamın gəldiyini də yuxarıda qeyd etmişdik. Buna səbəb isə həm erməni xalqı, həm də hazırki hökuməti arasında Robert və Seyran kimi cəlladlara qarşı nifrət hissinin oyanmasıdır. Belə ki, ermənilər 20 iyun seçkilərində də göstərdilər ki, onların fikrincə, başlarına enən “Dəmir Yumruq” məhz “Qarabağ klanı”-nın revanşizminin cavabıdır.

Doğrudur, rəsmi Bakının qatilləri cəzalandırması Paşinyanın dəyirmanına su tökəcək. Onun işini yüngəlləşdirəcək. Amma yenə də, Köçəryan və Ohanyan kimi terrorçuların cəzasız qalmasına imkan vermək olmaz. Azərbaycanın erməni xalqına edəcəyi bu böyük yaxşılıq isə, bəlkə bu dəfə bədnam qonşularımız tərəfindən müsbət formada qarşılıq görər.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin